Rusiya və İranın Bakı səfirləri məsləhətləmə apardı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və İranın Bakı səfirləri məsləhətləmə apardı

Siyasət

02 Mart 2023 16:25 723


Rusiya və İranın Azərbaycandakı səfirləri Mixail Boçarnikov və Seyid Abbas Musəvi Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat İranın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində dərc olunub.

Səfirlər Cənubi Qafqaz regionunda baş verən son hadisələri, mübahisələrin sülh yolu ilə həlli məsələsini, “3+3” təşəbbüsünü müzakirə ediblər. pizza

Görüşdə, həmçinin, iki ölkə arasında iqtisadi və tranzit sahələrdə, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər nazirinin müavini ilə görüşdə Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstanın tərəfdaşları ilə Tehranda “3+3” formatında görüş keçirməyə hazır olduğunu bəyan edib

Xatırladaq ki, 2021-ci il dekabrın əvvəlində Moskvada Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə xarici işlər nazirlərinin müavinləri “3+3” regional məsləhət platformasının birinci sessiyası keçirib. Gürcüstan hələ də həmin platformaya qoşulmaqdan imtina edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!