Rusiya və Ukraynada “Telegram” kanallarının fəaliyyəti məhdudlaşdırıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Ukraynada “Telegram” kanallarının fəaliyyəti məhdudlaşdırıla bilər

Rəqəmsal

27 Fevral 2022 20:08 857


Pavel Durov münaqişə müddətində Rusiya və Ukraynada “Telegram” kanallarının fəaliyyətinin məhdudlaşdırılmasının mümkünlüyünü açıqlayıb.

“Telegram” kanalları getdikcə daha çox Ukrayna hadisələri ilə bağlı yoxlanılmamış məlumat mənbəyinə çevrilir.

Bizim bütün kanal nəşrlərinin həqiqiliyini yoxlamaq üçün fiziki imkanımız yoxdur. Rusiya və Ukraynadan olan istifadəçiləri hal-hazırda “Telegram”-da yayılan istənilən məlumatlara şübhə ilə yanaşmağa çağırıram. Toyuqlu pizza

Biz istəmirik ki, “Telegram” münaqişələri və etnik nifrəti qızışdıran alət kimi istifadə olunsun. Vəziyyətin gərginləşməsi halında biz münaqişənin davam etdiyi müddətdə “Telegram” kanallarının fəaliyyətinin qismən və ya tamamilə məhdudlaşdırılması imkanlarını nəzərdən keçirəcəyik”, - deyə populyar sosial şəbəkənin sahibi bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!