Rusiya Xarkovu bombaladı: 17 nəfər...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Xarkovu bombaladı: 17 nəfər...

Dünya

17 Yanvar 2024 12:43 343


“Son məlumatlara görə, Rusiyanın Xarkov şəhərinin mərkəzinə raket hücumu nəticəsində 17 nəfər yaralanıb, 2 qadının vəziyyəti isə ağırdır”. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. 

Onun sözlərinə görə, daha 12 nəfər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.  pizza mizza

Xarkov meri İqor Terexov isə bildirib ki, hücum nəticəsində azı 10 yaşayış binasına ziyan dəyib. 

“Və bu, sadəcə ilkin məlumatlara əsaslanır. Səhər saatlarında Mənzil və Kommunal Təsərrüfat Departamenti bugünkü mərmilərin perimetri ilə bağlı araşdırmaları davam etdirəcək və əlavə məlumat əldə etmək mümkün olacaq”, - deyə o, əlavə edib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!