Bakı və İrəvanın tezliklə sülhə nail olma siqnalı o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq.
Yenisabah.az xəbər verir ki, bunu avqustun 9-da Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə bildirib.
O, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçarın Ermənistan-Azərbaycan prosesi ilə bağlı müsahibəsini şərh edib: Dördpendirli pizza
“Son nəticədə yüksək keyfiyyətli, etibarlı razılaşmalar əldə etmək üçün proses mümkün qədər uzun sürməlidir. Kiminsə prosesi sürətləndirməsi, nəyəsə tez bir zamanda nail olması faydalı ola bilər, amma əsas məsələ bundan sonra prosesin necə həyata keçirilməsidir. Başa düşdüyümə görə, Qonçar məhz bunu vurğulayıb”.
A. Zaytsevin sözlərinə görə, Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir:
“Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanaldan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal kömək edir. Hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri mütəmadi görüşürlər və bu yaxınlarda belə bir görüş olub. Bakı və İrəvanın tezliklə sülhə nail olma siqnalı o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Biz hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq”.
Telegram kanalımız