Rusiya XİN-dən Azərbaycanla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN-dən Azərbaycanla bağlı AÇIQLAMA

Siyasət

17 Noyabr 2022 18:58 1394


Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından çıxıb və yüksələn xətlə inkişaf edir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini İqor Neçayev bu gün keçirdiyi brifinqdə “Dəyişən dünya fonunda tərəfdaşlıq baxımından bu gün Azərbaycanla münasibətlərin Rusiya üçün nə kimi əhəmiyyəti var?” sualına cavabında bildirib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından keçib və yüksəlişdədir. Bu il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə ölkələrimiz əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldi. Çox aktiv əlaqə qrafikimiz var”, - rusiyalı diplomat vurğulayıb. Dominos pizza

O, bu gün Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Azərbaycana səfər etdiyini xatırladıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!