Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə KTMT-də əməkdaşlıq olmadan mümkün görünmür.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.
O bildirib: “Mən sizə Ermənistanın təhlükəsizliyinin, o cümlədən hərbi-texniki sahədə KTMT çərçivəsində əməkdaşlıq olmadan mümkün olmadığını açıq şəkildə nümayiş etdirən məlumatları açıqlaya bilmərəm”. pizza sifarişi
Diplomat əlavə edib ki, Rusiya Qərb dövlətlərinin Ermənistandakı vəziyyətdən təkcə orada deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə etmək cəhdlərini görür.
“Biz erməni həmkarlarımızın diqqətini Qərb ölkələrinin bu şüurlu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində bütün səviyyələrdə müzakirələrdən istifadə edirik”, - deyə Vasilyev vurğulayıb.
Telegram kanalımız