Rusiya XİN: Fransa Azərbaycanın da mövqeyini nəzərə almalıdır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: Fransa Azərbaycanın da mövqeyini nəzərə almalıdır

Siyasət

30 Avqust 2023 15:51 392


Rusiya XİN hesab edir ki, Fransa vasitəçilik etmək istəyirsə, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almalıdır. 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz dəfələrlə demişik ki, bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiya səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayırıq. Digər tərəfdən isə Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz. Bu, bütün vasitəçiliyin alfa və omeqasıdır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!