Rusiya XİN Paşinyan hökumətini yıxıb-sürüdü: “ Ermənistan aldadılacaq”

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN Paşinyan hökumətini yıxıb-sürüdü: “ Ermənistan aldadılacaq”

Dünya

06 Mart 2024 16:35 640


Ermənistan sülh şəraitində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Aİ arasında yaxınlaşmanı şərh edərkən deyib.

O qeyd edib: “Sanki bir daha olmayacaq. Ümid edirəm ki, olmayacaq. Ermənistanın başına belə gəlməsini istəməzdim. Ermənistan "soyqırımları", öz suverenliyini, mədəniyyəti uğrunda mübarizə, mürəkkəb ərazi mübahisələri və s. məsələləri əhatə edən çətin tarixi yol keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir”. pizza sifarişi

Zaxarova bildirib ki, Rusiya Ermənistana səmimiyyətlə sülh arzulayır: “Bu dövlətə və xalqa sevgi baxımından, həm də praqmatik baxımdan səmimiyyətlə sülh, sabitlik və firavanlıq arzulayırıq. Amma təəssüf ki görürük Ukraynadan sonra yeni qurban axtarmağa başlayıb. Qoy Ermənistan aldadılacaq və şirnikləndiriləcək bu yeni qurbana çevrilməsin”.

Diplomat qeyd edib ki, bəzi erməni liderlər Aİ-nin artan diqqətini dərdə çarə kimi görürlər: “Təəssüf ki, Ermənistanın bir sıra siyasi xadimləri Ermənistanın Qərb geosiyasətinin başqa bir alətinə, əyləncəsinə çevrildiyini düşünmürlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!