"Bakı ilə Aİ arasında imzalanmış qaz idxalı sazişi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müddəalarına zidd deyil".
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Neçayev brifinqdə deyib.
O bildirib: “Bu, iyulun 18-də Azərbaycan və Aİ arasında enerji sektorunda strateji əməkdaşlığa dair imzalanmış anlaşma memorandumudur. İnanmırıq ki, belə bir sənəd Rusiya və Azərbaycan arasında 22 fevral tarixli müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müddəalarına ziddir”. pizza hut
Neçayevin sözlərinə görə, istənilən dövlətin neft-qaz sektoru da daxil olmaqla, münasibətləri necə və kiminlə inkişaf etdirəcəyinə müstəqil qərar vermək hüququ var.
Telegram kanalımız