Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqladı

Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqladı

Siyasət Veb saytların hazırlanması

09 Dekabr 2023 20:08 586


“Ukraynada davamlı sülh o zaman mümkündür ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi “yeni ərazi reallıqlarını” qəbul etsin”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Frans Press” (AFP) agentliyinə bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.

Zaxarova qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq.

Nazirlik rəsmisi həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin “Koreya” modelini zorla tətbiq etmək cəhdləri nəticəsiz qalıb, başqa həll yollarına ehtiyac var./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!