Rusiyada ölənlərin meyiti Azərbaycana gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada ölənlərin meyiti Azərbaycana gətirilir

Kriminal

07 Mart 2019 16:05 879


Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində həlak olan 6 azərbaycanlının cənazəsi bu gün Azərbaycana göndəriləcək.

Bu barədə Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, artıq cənazələrin göndərilməsi ilə bağlı bütün sənədləşmə işləri başa çatmaq üzrədir: "Bu gün Moskva vaxtı ilə saat 10:00-da cənazələr ölüxanadan təhvil alınacaq. Dünyasını dəyişənlərin əksəriyyətinin yaxınları da gəliblər. Gün ərzində bütün işlər başa çatdırılacaq və cənazələr Azərbaycana yola salınacaq". Dördpendirli pizza

F. Yarıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 azərbaycanlıdan birinin vəziyyəti ağırdır: "Digər iki azərbaycanlının vəziyyəti stabildir. Yaralılar Nevinnomısk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər".

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət alıblar.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!