Rusiyada quduzluq təhlükəsi - Karantin elan edilir 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada quduzluq təhlükəsi - Karantin elan edilir 

Dünya

08 Fevral 2024 15:26 455


2024-cü ilin ik ayından Rusiyanın 10-dan çox regionunda heyvanlar arasında quduzluq halları artdığı üçün karantin tədbirləri elan edilib. 

“Medicina” xəbər verir ki, təkcə yanvarda 80 yoluxma faktı qeydə alınıb. 

Voronej əyalətində bir itdən 7 ev iti yoluxub. Novosibirskdə isə quduz tülkülər aşkar olunub.  Dördpendirli pizza

Həkim Pavel Xoroşev quduzluğun artma səbəbini ötən illərdə vəhşi heyvanların populyasiyasının az olmasında görür. 

Hətta bir regionda tək-tək faktlar aşkarlansa da virus 100% ölümcül olduğu üçün karantin olmalıdır. 

Quduzluğun yayılmasında başlıca rolu çöl siçanları və gəmiricilər oynayır. 

Eləcə də ev və təsərrüfat heyvanlarının vaxtında vaksinasiya olunmamasıdır. 

Yoluxmanın aprelə doğru azalacağı gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!