Rusiyadan Azərbaycana reyslər nə vaxt bərpa olur? - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Azərbaycana reyslər nə vaxt bərpa olur? - Video

Turizm

07 Mart 2022 21:35 10621


Məlum olduğu kimi Rusiyadan Azərbaycana birbaşa bütün reyslər müvəqqəti olaraq dayandırılıb. Qərar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyyəsi ilə həyata keçirilib. Bu isə bayram günləri ilə əlaqədar ölkəyə qayıtmaq istəyən vətəndaşlarımızda çaşqınlıq yaradıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baku TV sujet hazırlayıb. 

Bildirilib ki, hazırda bütün reyslər qeyri-müəyyən vaxta qədər təxirə salınıb.  pizza hut

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov hazırda sərnişinlərin tranzit reyslərdən istifadə edə biləcəyini qeyd edib. O əlavə edib ki, Türkiyə, Belarus üzərindən bu cür reyslər mövcuddur.

Həmçinin, ləğv edilən reyslərlə bağlı bildirilib ki, sərnişinlər əldə etdikləri biletlərin tarixlərini dəyişə bilərlər.

Daha ətraflı sujetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!