Rusiyadan Ermənistana muzdlu döyüşçülər göndərilə bilər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Ermənistana muzdlu döyüşçülər göndərilə bilər - Foto

Rəsmi

13 Oktyabr 2020 18:25 3345


Qarabağ cəbhəsində ciddi məğlubiyyətlərə uğrayan Ermənistan əsgər qıtlığı ilə üzləşib.     

Yenisabah.az xəbər verir ki, bu problemi aradan qaldırmaq üçün Ermənistan xüsusi xidmət orqanları Rusiya ərazisindəki erməni diaspor üzvləri ilə muzdlu döyüşçülərin Qarabağa göndərilməsi üçün yeni fəaliyyətə başlayıb.

Rusiya ermənilərinin Moskvada fəaliyyət göstərən “Sebastiya” İdman Klubu Qarabağa könüllü və muzdlu döyüşçülər göndərmək üçün yeni kampaniyaya başlayıb. Prosesə əslən Qarabağdan olan Rusiya vətəndaşı Armen Buşants başçılıq edir. pizza sifarişi

Rusiya ərazisində ermənilər arasında hərbi-taktiki oyunlar təşkil edən “Sebastiya” klubuna başçılıq edən 36 yaşlı Armen Buşants yaşı 18-dən çox olan, pasporta malik və hərbi geyim dəsti olan bütün şəxsləri hərbi oyunlar adı ilə təlimə dəvət edib.

Erməni xüsusi xidmət orqanları ilə əlaqədə olan Buşantsın Moskvadan Yerevana uçan təyyarə reysləri vasitəsilə onlarla döyüşçünü Ermənistana yola salması ehtimalı yüksəkdir.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!