Rusiyadan Fransaya sərt təpki: “Belə bir dərgi əsla...”

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Fransaya sərt təpki: “Belə bir dərgi əsla...”

Din

29 Oktyabr 2020 17:39 1836


Fransada nəşr edilən “Charlie Hebdo” satirik jurnalında İslam peyğəmbəri Həzrəti Məhəmmədin təhqiramiz karikaturanın dərc edilməsi ilə bağlı qalmaqal davam edir. 

Yenisabah.az xəbər verir ki, bu dəfə məsələyə Rusiyadan sərt təpki gəlib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin məsələ barədə sualına cavab olaraq bildirib ki, Rusiyada belə bir dərgi nəşr edilə bilməz. 

“Rusiyanın qismən müsəlman ölkəsi olduğunu unutmayaq, ölkəmizdə 20 milyon nəfərə yaxın müsəlman yaşayır. Rusiyada hakim din xristianlıqdır, amma ölkəmizin bənzərsiz tərəfi onun çoxmillətli və çoxdinli olmasıdır. Rusiyada bütün inanclılar bir-birinə hörmətlə yanaşaraq yaşayır. Belə bir dərgi əsla Rusiyada dərc edilə bilməz”, - deyə Peskov vurğulayıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!