Rusiyadan qaçan siyasətçinin yeni fotosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan qaçan siyasətçinin yeni fotosu yayıldı

Dünya

03 İyun 2022 11:46 920


Sosial şəbəkələrdə tanınmış rusiyalı siyasətçi Anatoli Çubaysın yeni görüntüsü yayılıb.

Yenisabah.az xəbər verir ki, Ukraynada müharibə başladıqdan sonra o, Rusiyanı tərk edib.

Anatoli Çubays martın sonunda prezidentin xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və ölkəni tərk edib. Daha sonra onun nümayəndəsi siyasətçinin Türkiyə və İsrailə səfər etdiyini təsdiqləyib, lakin İtaliyaya səfərini təkzib edib. Dördpendirli pizza

O, siyasətçinin başqa ölkələrdə daşınmaz əmlakının olmadığını da vurğulayıb.

Bundan sonra A. Çubaysa qarşı cinayət işinin açılması barədə informasiyalar dövriyyəyə buraxılıb. Məlumata görə, cinayət işi Rusiyada Çubays və onun ətrafındakı şəxslərin korrupsiya fəaliyyəti ilə bağlıdır.

Son fotoya əsasən, siyasətçi mağazalardan birində kamera obyektivinə tuş gəlib. Şəkilin Kiprin Lİmasol şəhərində çəkildiyi iddia olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!