Rusiyadan təhdid dolu daha bir bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan təhdid dolu daha bir bəyanat

Dünya

12 May 2022 16:11 158


"Finlandiya NATO-ya daxil olarsa, Rusiya hərbi-texniki xarakterli addımlar da daxil olmaqla, cavab addımları atmağa məcbur olacaq".

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Rusiya XİN xəbərdarlıq edib ki,  Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Şimali Avropada sabitlik və təhlükəsizliyi qoruyaraq Moskva ilə Helsinki arasında münasibətlərə ciddi ziyan vuracaq. Sezar pizza

“Rusiya bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq”, - deyə Rusiya XİN vurğulayıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın Şimali Atlantika Alyansına qoşulma ehtimalını şərh edərkən bildirib ki, bu, qitəni sabit və təhlükəsiz etmir.

Daha əvvəl Finlandiyanın prezidenti və baş naziri Sauli Niinistö və Sanna Marin ölkənin NATO-ya üzvlüyünü dəstəklədiklərini bildiriblər. Onların birgə bəyanatında deyilir ki, alyansa daxil olmaq üçün təcili müraciət etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!