Rusiyadan uçuşların ləğvinə görə Türkiyənin zərəri hesablandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan uçuşların ləğvinə görə Türkiyənin zərəri hesablandı

Turizm

03 İyun 2021 20:29 1669


Türkiyə Türizm Agentlikləri Birliyi Rusiyadan uçuşların ləğvi nəticəsində ölkənin turizm sektoruna dəyən zərəri hesablayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Daily Sabah” nəşri məlumat yayıb.

Məlumata əsasən, aprelin 15-dən iyunun 21-dək olan müddət ərzində Türkiyə turoperatorlarının itkiləri 2 milyard dollardan çox olacaq. Dördpendirli pizza

Qeyd edək ki, öncə iyunun 1-dək iki ölkə arasındakı sərnişin daşınmalarına məhdudiyyət tətbiq edən Rusiya hökuməti, sonradan bu qərarının müddətini daha 20 gün uzadıb. Hazırda iyunun 21-dən sonra ölkələrarası uçuşların əvvəlki həcmdə bərpa ediləcəyi də dəqiq məlum deyil.

Məlumat üçün bildirək ki, cari ilin yanvar ayından uçuş məhdudiyyətlərinin qüvvəyə mindiyi aprel ayının ortalarınadək Türkiyəni 296 mindən çox rusiyalı turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!