Rusiyadan xəbərdarlıq: “Şərtimiz rublla ödəməkdirsə, deməli, rublla ödəməlisiz“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan xəbərdarlıq: “Şərtimiz rublla ödəməkdirsə, deməli, rublla ödəməlisiz“

Xalqın səsi

28 Mart 2022 17:07 922


"G7 ölkələrinin qaz təchizatına görə rublla ödməkdən imtinası tədarükün tam şəkildə dayandırılması ilə nəticələnə bilər". 

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasında İqtisadiyyat komitəsinin sədr müavini İvan Abramov bildirib.

"Əgər bu ölkələr rubla qaz almaqdan imtina etsələr, bu, mütləq şəkildə onun tədarükünün dayandırılmasına gətirib çıxaracaq. Bizim dəqiq mövqeyimiz var. Şərtimiz rublla ödəməkdirsə, deməli, rublla ödəməlisiz. Onların bunun üçün rubl almağa kifayət qədər imkanları var, bunu istənilən birjada dərhal edə bilərlər. Biz qeyri-real şərtlər qoymuruq”, - deyə rusiyalı senator vurğulayıb. pizza

Bundan əvvəl G7 ölkələri Moskvanın enerji idxalına görə rublla ödənilməsi tələbini rədd edib.

Bunu Almaniyanın energetika naziri Robert Habek açıqlayıb. Onun sözlərinə görə, bütün G7 nazirləri bunun mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması olduğu fikrin ilə tam razılaşırlar.

Habek deyib: “Rublla ödənişlər qəbuledilməzdir və biz zərər çəkmiş şirkətləri Rusiya prezidenti Vladimir Putinin tələbini yerinə yetirməməyə çağıracağıq”.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov avropalı istehlakçıların rublla ödəniş tələbini rədd etdiyi halda, onlara təbii qaz tədarükünü kəsilə biləcəyindən danışıb:

“Təbii qazı pulsuz vermək fikrində deyilik. Bizim şərtlərimizdə Avropa üçün xeyriyyəçiliklə məşğul olmaq çətin ki, mümkün və məqsədəuyğundur".

Xatırladaq ki, G7-yə Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ, Böyük Britaniya və Kanada daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!