Rusiyalı deputat təhdid etdi:   “Azərbaycan cəzalanmalıdır!“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı deputat təhdid etdi: “Azərbaycan cəzalanmalıdır!“

Siyasət

29 Mart 2022 10:35 1194


“Rossiya” kanalının “60 minut” (“60 dəqiqə”) Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Deryagin Azərbaycanı təhdid edib. 

Yenisabah.az xəbər verir ki, Kremlin təbliğat çarxlarından biri olan bu proqramda deputat Ukraynada gedən müharibənin öz coğrafiyasını genişləndirəcəyinə eyham vurub. 

Onun sözlərinə görə, bəzi dövlətlər Rusiyaya qarşı mövqe tutublar və onlardan biri də Azərbaycandır. pizza mizza

Delyagin Xocalının Fərrux kəndi və Daşbaşı yüksəkliyinə nəzarətin Azərbaycan ordusuna keçməsinə toxunmaqla deyib:

“Çünki azərbaycanlılar atəşkəs razılaşmasını həqiqətən pozublar. Bizimkilər (rusiyalı sülhməramlılar – red.) geri çəkiliblər, azərbaycanlılarla danışıqlardan sonra yenidən mövqelərinə qayıdıblar. Lakin Azərbaycan tərəfi rəsmən bildirib ki, mövqeləri tərk etməyib. Odur ki, Amerika satellitlərinin, o cümlədən Türkiyə proksilərinin bu təcavüzkar siyasəti cəzalandırılmalıdır. Azərbaycanın neft sənayesi nəyimizə lazımdır?! Bizə lazımlı deyil. Həm də həssasdır. 

Əgər insanlar söz başa düşmürlərsə, deməli, onlar əməllə başa salınmalıdır. Bunu etməliyik, başa cür alınmayacaq”. 

Mixail Delyaginin bu açıqlamasından sonra “60 minut” proqramın aparıcısı Olqa Skabeyeva bildirib ki, Rusiyanın Azərbaycana çoxlu iradları var. 

Beləliklə, Kreml təbliğatçısı Dövlət Duması deputatının sərsəm fikirlərinə qahmar çıxıb.

Yeri gəlmişkən, Azərbaycanın, xüsusən paytaxt Bakının bombalanması təhdidi ilk dəfə səslənmir. Rusiyanın bəzi “Telegram” kanallarında isə hətta Bakıya taktiki atom bombası ilə zərbə endirmək təklif edilib. 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!