Rusiyalı ekspert: Ərdoğan Bakıdan Kremlə siqnallar göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı ekspert: Ərdoğan Bakıdan Kremlə siqnallar göndərdi

Siyasət

14 İyun 2023 13:47 803


Ərdoğanın Azərbaycana səfəri Türkiyənin xarici siyasətinin bəzi əsas məqamlarını işıqlandırmaq məqsədi daşıyırdı.

Yenisabah.az xəbər verir ki, bunu MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov deyib.

O bildirib: “Ərdoğan türk xalqlarına, Şimali Kiprə dəstəyini ifadə edib. Bütövlükdə bu, aktiv Avrasiya siyasətidir. Bunlar Ərdoğanın hər kəsə, o cümlədən Moskvaya verdiyi siqnallardır”. pizza sifarişi

Markedonovun sözlərinə görə, Azərbaycana səfər təkcə mühüm xarici siyasət komponenti deyil, həm də daxili siyasətdir:

“İkinci turda etnik azərbaycanlı olan Sinin Oğan həlledici rol oynadı və o, ilk turda 5% səs toplamışdı. Bu adam Azərbaycanda işləyib, Azərbaycanın təbliğatçısıdır. Türkiyədə 3 milyon azərbaycanlı seçici var, ona görə də Ərdoğanın Azərbaycana səfəri çox mühüm daxili siyasi faktordur. O, seçicilərinə minnətdar olduğunu nümayiş etdirməli idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!