Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 22,547 milyard dollar artıb.
Yenisabah.az xəbər verir ki, "Bloomberg Billionaires Index"-ə (Blumberq Milyarderlər İndeksi) əsasən, "Norilsk Nikel" şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən 3,82 milyard dollar qazanıb. Onun ümumi sərvəti 31,7 milyard dollardır.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"-in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,7 milyard dollar artaraq 1,6 milyard dollar olub. pizza sifarişi
Ən böyük itkini rusiyalı sahibkar və “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlev çəkib – onun sərvəti 1,77 milyard dollar azalaraq 9,21 milyard dollar olub.
Telegram kanalımız