Rusiyalı siyasətçilərin söyüş azarı:   “Xox gəlməklə güc nümayiş etdirirlər“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı siyasətçilərin söyüş azarı: “Xox gəlməklə güc nümayiş etdirirlər“

Siyasət

08 İyun 2022 09:47 1521


“Çıxılmaz vəziyyətlərdə onlar həmişə kobud ifadələrə baş vurublar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib.

O, rusiyalı rəsmilərin Qərbin ünvanına arqo ifadələr işlətməsinə münasibət bildirib. pizza hut

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katib müavini Dmitri Medyev “Telegram” kanalında qərbli rəsmiləri “şərəfsiz” və “əclaf” adlandırıb.

A. İsazadənin sözlərinə görə, Rusiya müharibəni nə uda, nə də dayandıra bilir:

“Döyüşü dayandırsa, bu, məğlubiyyətdir və Putin rejimi böyük problemlərlə üzləşəcək. Davam etməyə də, görünür, imkan vermirlər. Qərbin böyük hissəsi Ukraynaya imkan daxilində kömək edir. Çıxılmaz vəziyyətdə rusiyalı siyasətçilər kobud ifadələrə baş vururlar. 

Yadımdadır, 2008-ci ildə Gürcüstanda müharibə zamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışan digər ölkələrin diplomatları təsdiq edirdi. Belə kobud davranış, sözsüz ki, acizliyin bir nümunəsidir.

Medvedevə gəlincə, Rusiyanın müxalif eskpertlərinin rəylərinə istinad edərək deyə bilərəm ki, bu insan neçə illərdir alkoqolikdir və danışığını bilmir.

Ümumən rus liderləri, Nikolay Patruşev, Sergey Lavrovu bə başqaları sadəcə “xox” gəlməklə, kobud davranışla güc nümayiş etdirirlər. Bəzi hallarda istəklərinə nail olurlar. Məsələn, Fransanın mövqeyi birmənalı deyil, eləcə də Almaniya bir gün silah verir, sabah silah vermədən imtina edir. Deməli, haradasa bu hərəkətlərin təsiri var və rusiyalılar bu cür davranışla Qərbin birliyini parçalamaq istəyirlər.

Sözsüz ki, bunun arxasında həm də əsəb gərginliyi və güclü stress var. Çünki müharibə onların şərtləriylə dayanmasa, rus xalqının gözündən düşəcəklər. Xalq çox acınacaqlı vəziyyətdədir. Hələlik Putin təbliğatının təsiri altında dinc oturublar, amma müharibəni uduzsalar, sözsüz ki, xalq təqsiri rəhbərliyin üzərinə atacaq. Bundan çox qorxurlar”.

Sonda A. İsazadə bildirib: "Qərbdə rusiyalı liderlərin uşaqlarını da qısnayırlar. Məsələn, Medvedevin oğlundan ABŞ-ı tərk etməsi tələb olunur. Yaxud da Dmitri Peskovun uşaqlarına qarşı sanksiya tətbiq ediblər". 

Valideynlər başa düşür ki, bu zərbə gec-tez onlara da dəyəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!