Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter"də bildirib.
Qonaq, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub. Dominos pizza
Diplomat işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə əyani tanış olub.
Qeyd edək ki, bu, Rusiyanın Azərbaycandakı səfirinin Şuşa azad olunandan sonra şəhərə ilk səfəridir.
Telegram kanalımız