Rusiyanın azərbaycanlı icması bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın azərbaycanlı icması bəyanat yaydı

Siyasət

18 Fevral 2019 01:20 1002


Moskvanın Azərbaycan icması” Regional İctimai Təşkilatı Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlılarla çeçen icmasının nümayəndələri arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb. 

“Yeni Sabah” xəbər verir ki, təşkilat üzvləri hesab edir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır. 

Təşkilat azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırıb.  Marqarita pizza

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən 70-100 nəfər iştirak insident zamanı ölən və xəsarət alanlar olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!