Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirdiyi mətbuat konfransında Rusiya və Ukrayna arasındakı danışıqlara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, səfir problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib.
“Ukraynada xüsusi hərbi əməliyyatlara Donbasda xalqın təhlükəsizliyini təmin etmək, nasizmin qarşısını almaq üçün başladılıb. İki ölkə arasında danışıqlara əsasən mülayimləşə ola bilər. Qeyd edim ki, danışıqlarda müəyyən irəliləyişə nail olunub”, - səfir vurğulayıb. pizza hut
Xatırladaq ki, ötən gün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda görüş keçirilib. Danışıqlar 3 saat davam edib.
Telegram kanalımız