“Rusiyanın başını sığallasan da...“ - Tahir Kərimli

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın başını sığallasan da...“ - Tahir Kərimli

Siyasət

25 Oktyabr 2022 16:47 1032


“Rusiyanın dövlət kanalında ermənipərəst verilişlərin yayımlanması birinci dəfə deyil. Bu, Rusiya hakimiyyətinin mahiyyətini göstərir".

Yenisabah.az xəbər verir ki, bunu  Pravda.az-a açıqlamasında Milli Məclisin deputat Tahir Kərimli deyib.

O əlavə edib: "Nə qədər başlarını sığallasan da, Rusiya öz mahiyyətini itirmir. Ağaca calaq vurarsan, yeni meyvə gətirər, amma ağac əvvəlki tamını dəyişməz. Dördpendirli pizza

Rusiya daim torpaqlarımızın hesabına erməni dövləti yaradıb, bizə müstəmləkə kimi baxıb, müsəlman türklərə nifrət edib. Nə qədər xoş münasibət otaya qoysaq da, yenə də öz mahiyyətini göstərməkdədir. Çünki Rusiya imperiyası məhz Qızıl Ordunun bir növ varisidir.

200-300 il Qızıl Ordunun rəhbərliyi altında yaşayıb. Qurtulandan sonra da ömür boyu başçıları qisas hissi ilə yaşayıblar. Təsadüfi deyil ki, İkinci Dünya müharibəsində bütün türk xalqlarını sürgün edirdilər. Azərbaycanlılar isə neft çıxardıqlarına görə birtəhər canlarını qurtardılar”.

Deputat bildirib ki, Rusiya Cənubi Qafqazdakı yerini İranla doldurmağa çalışır: “Rusiyanın Ukraynada başı bir az qarışıb, Cənubi Qafqazda müəyyən boşluq əmələ gəlib. Belə olan halda rəsmi Moskva öz yerini Türkiyənin deyil, məhz İranın doldurmağını istəyir. Hətta İranın da manevrlərində Rusiyanın payı var. Getdikcə kartlar açılır, İran daha açıq şəkildə Ermənistana dəstək verir, Rusiya da elə.

Ona görə də Türkiyə ilə birliyimiz, qardaşlığımız daha da möhkəmlənməli, təcili şəkildə Şuşada Türkiyə Konsulluğu açılmalı, orada hərbi attaşe oturmalıdır. Birmənalı şəkildə özümüzə güvənməliyik. Əks halda gələcəkdə hər cür təxribat törədə bilərlər. AzTV və digərləri də yaxşı edirlər, artıq əks təbliğata başlayıblar. Onların rəsmi televiziya kanalları bizə qarşı təbliğat aparırlarsa, biz nə üçün aparmamalıyıq?

Aparıcı Vyaçeslav Nikonov ki var, Rusiya Federasiyası Dövlət Dumasının üzvüdür. Onun babaları da Rusiyanın çox məşhur dövlət adamları olublar, daim Rusiyanın işğalçı siyasətinə dəstək verib, müdafiə edirlər. Bir neçə yüz ildir ki, onun babaları meydandadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!