“Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik“   - Türkiyə XİN

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik“ - Türkiyə XİN

Siyasət

22 Fevral 2022 08:35 3423


Türkiyə Rusiyanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması qərarını pisləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

“Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir. Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik. Dominos pizza

Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı bildirir, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” -  deyə rəsmi Ankara mövqeyini ifadə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!