Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayacaq

Turizm

22 İyun 2021 23:35 1482


Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkazdan Azərbaycanın paytaxtına uçuş proqramına başlayacaq.

Yenisabah.az hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkaz-Bakı uçuş proqramına başlayacaq.

Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Vladikavkazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq. Pepperoni pizza

Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş rahat Boeing 737-800 təyyarələrlə təmin ediləcəkdir.

Uçuşlar aviaşirkət tərəfindən oktyabr ayının sonuna qədər planlaşdırılıb. Biletlər artıq satışdadır, aviaşirkətin rəsmi saytından və bütün kassalardan əldə edə bilərsiniz./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!