Rusiyanın hərbi helikopterini qaçıran pilot İspaniyada ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın hərbi helikopterini qaçıran pilot İspaniyada ölü tapıldı

Dünya

19 Fevral 2024 21:24 751


2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Maksim Kuzminovun İspaniyada ölü tapıldı.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, İspaniya Mülki Qvardiyası Kuzminovun son vaxtlar alkoqol və narkotiklə bağlı problemləri olduğunu bildirib.

33 yaşlı kişinin meyiti Alikantenin La Villajoyosa qəsəbəsində yerləşən qarajlardan birində üzərində bir neçə güllə yarası ilə tapılıb. Kişinin meyitini qonşusu aşkar edib. Müstəntiqlər yaxınlıqdakı El Kampello şəhərində tapılan yanmış avtomobillə bağlı xəbərdarlıq ediblər, ehtimal olunan qatil qurbanı ölümcül şəkildə yaraladıqdan sonra oradan qaçıb. Toyuqlu pizza

Hadisə yerinə yerli polis və həkimlər gəliblər.

Hazırda araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətlin səbəbinin hesablaşma olduğunu təxmin edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!