“Rusiyanın hərbi müdaxiləsi nəticəsində 217 uşaq ölüb“   - Baş Prokurorluq

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın hərbi müdaxiləsi nəticəsində 217 uşaq ölüb“ - Baş Prokurorluq

Dünya

26 Aprel 2022 10:06 522


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 217 uşaq ölüb, 391 uşaq güllə və qəlpə yarası alıb. 

“Report” xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 608-ə çatıb. Dördpendirli pizza

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 508 təhsil müəssisəsinə ziyan dəyib, 102-si tamamilə dağılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!