Rusiyanın İrandakı səfiri Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın İrandakı səfiri Azərbaycana təşəkkür etdi

Siyasət

31 Mart 2026 20:38 572


Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkəsinin İrandan çıxmaq istəyən bütün vətəndaşlarının artıq bölgəni tərk etdiklərini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, RTVI-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan sərhədini keçmək üçün xarici vətəndaşlara xüsusi kod tələb olunur və bu kod əvvəlcədən səfirliyə müraciət etməklə əldə edilir. pizza hut

"Fürsətdən istifadə edərək, bu məsələdə göstərdikləri davamlı dəstəyə görə Azərbaycan hökumətinə və Bakıda yerləşən səfirliyimizə təşəkkürümü bildirirəm", - deyə Aleksey Dedov Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!