Rusiyanın işğal etdiyi ərazidə insan hüquqları pozulur - Zurabişvili

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın işğal etdiyi ərazidə insan hüquqları pozulur - Zurabişvili

Dünya

12 Dekabr 2023 10:02 671


"İşğal olunmuş Abxaziyada daha bir gürcü vətəndaşı Temur Karbayanın ölümü Rusiyanın işğal etdiyi ərazilərdə əsas insan hüquqlarının kobud şəkildə pozulmasının faciəvi xatırlatmasıdır”.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkə hesabında yazıb. 

O xatırladıb ki, faciə dekabrın 10-da, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümünün qeyd edildiyi gün baş verib.  Sezar pizza

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mətbuata açıqlamasında Gürcüstan ərazilərinin Rusiya işğalına son qoyulmasının vacibliyini vurğulayıb:

“İşğal təkcə Gürcüstanın ərazi bütövlüyünün pozulması deyil, həm də hər şeydən əvvəl işğal altında olan rayonlarda insan hüquqlarının pozulması deməkdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!