Rusiyanın İsgəndər raketləri ilə bağlı mərkəzi yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın İsgəndər raketləri ilə bağlı mərkəzi yandı - Video

Hadisə

22 Aprel 2022 08:24 3452


Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi kosmik-hava qüvvələrinin mərkəzi elmi-tədqiqat institutunda yanğın olub.

“Yeni Sabah” xəbər verir ki, yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir. İnterfax agentlyinin verdiyi xəbərə görə institutun binası tamamilə yanıb və damı uçub.

Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə alov sürətlə yayılıb və 1500 kvadrat metrilik sahəni əhatə edib. Yanğın institutun inzibati binasının 2-ci mərtəbəsində başlayıb. Binanın damı taxta, divarları isə plastiklə örtülü olub. Pepperoni pizza

TASS yanğının elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimalının olduğunu yazır. Hərbçilər ETİ elmi heyətinin evakuasiya olunduğunu bildirirlər.

Rusiya Müdafiə Nazirliyi hərbi-kosmik qüvvələrin elmi-təqdqiqat institutu 2014-cü ildə yaradılıb. “Skoro voyna” Telegram kanalı bildirir ki, bu müəssisə İsgəndər raketlərinin, zenit qurğularının və Tu-160 strateji bombardmançı təyyarələri üçün “gözəgörünməzlik” sistemləri üzərində işləyir. Sayt yazır ki, adamlar zəhərli qazlardan boğulmamaq üçün özlərini binanın pəncərələrindən atıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!