“Rus sülhməramlılarının Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi Rusiyanın özündə mübahisə ilə qarşılanıb”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, siyasi proseslərin təhlili laboratoriyasının müdiri Nikolay Silayev bildirib.
İrəvan Universitetində " Rusiya Cənubi Qafqazda: Müasir Ermənistan-Rusiya Strateji Birliyi üçün təhdidlər və çağırışlar” mövzusunda çıxış edən Silayevin fikrincə, hətta o vaxt 2 ziddiyyətli fikir ortaya çıxıb: pizza sifarişi
"Çoxları Rusiyanın sülhməramlı rol oynaya biləcəyinə və Qarabağdakı hərbi əməliyyatları dayandıra biləcəyinə inanırdı, amma o bunu etmədi, bölgədəki varlığını artırdı və əslində gücləndirdi. Bunun rus diplomatiyasının uğuru və Rusiyanın Cənubi Qafqazdakı yüksək hərbi-siyasi statusu olduğuna dair fikir də var".
Silayevin sözlərinə görə, bu nəzəriyyənin əleyhdarları hesab edirlər ki, Rusiya xarici siyasətdə ciddi məğlubiyyətə uğrayıb. Bu da öz növbəsində, Türkiyənin bölgədə yeni nüfuz və status əldə etməsinə, qətiyyətini, ehtiyac duyduğu yerdə güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirib. "Bu, Rusiyanın təsirini xeyli zəiflədib, çünki müharibədə məğlub olan rus müttəfiqi idi", – deyə ekspert izah edib.
Silayevin özü də sonuncu nöqteyi-nəzərdədir. Tədqiqatçının fikrincə, Kremlin xəbəri olmadan Qafqazda heç bir topun atəş açmaması nəzəriyyəsi Qarabağ məsələsində uğursuzluğa düçar olub. Bunun sübutu hərbi əməliyyatlar zamanı Moskvanın dəfələrlə Bakı və İrəvana hərbi əməliyyatların dayandırılması tələbi ilə müraciət etməsi, lakin bütün çağırışlara əslində, məhəl qoyulmamasıdır. Bu, Rusiyanın Cənubi Qafqaza hakim regional güc olaraq nüfuzuna ciddi təsir göstərib. “Rusiya hətta bu döyüşlərdə iştirak edənlərə ən ciddi siqnalları verməli idi. Suriyada Türkiyənin dəstəklədiyi terrorçulara hava zərbələri, Qara və Xəzər dənizlərində qanadlı raketlərin təlim buraxılışları ilə genişmiqyaslı hərbi təlimləri nəzərdə tuturam. Ancaq bütün bu siqnallara baxmayaraq, iş məlum sonluğa çatıb”, – deyə rusiyalı analitik vurğulayıb.
Buna baxmayaraq, Nikolay Silayevin fikrincə, Azərbaycan tərəfində qarşıdurmada fəal iştirak edən Türkiyə, heç bir ciddi uğur əldə etməyib, çünki həm siyasi, həm də hərbi səviyyədə əsas məqsədlərinə çatmayıb:
“Ankara sülhməramlılarını Azərbaycan ərazisinə gətirməyə ümid edirdi, amma bu baş vermədi. Türkiyə Rusiyaya bölgənin birgə idarə edilməsinə başlamağı təklif etdi. Yəni Türkiyənin üzv olduğu Minsk qrupunu istisna etmək və Ankaranın rolunun əsas rollardan biri olacağı yeni bir format yaratmaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Telegram kanalımız