Rusiyanın Qafqaz strategiyası: Nəzarət olunan xaos

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Qafqaz strategiyası: Nəzarət olunan xaos

Siyasət

23 İyul 2022 10:56 1530


“Mən yeni böyük münaqişənin qaçılmaz olduğuna inanmıram, çünki nə Rusiya, nə də Ermənistan bu münaqişəni aparmağa qadir deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında amerikalı mütəxəssis İrina Tsukerman deyib. O, son günlər regionda baş verən hadisələrə, habelə Ermənistan tərəfinin pozucu ritorikası nəticəsində yaranan vəziyyətə münasibət bildirib.

İ. Tsukermanın sözlərinə görə, Rusiyanın Ukraynadakı müharibəsi sadəcə bir mübarizədir: Sezar pizza

“Lakin buna baxmayaraq, regionda təxribatları, terrorizmi, toqquşmaları, eləcə də sabitliyin pozulmasını artırmaq, Cənubi Qafqazın tam inteqrasiyasına mane olmaq Rusiyanın maraqlarına uyğundur. 

Çünki belə olmasa, Ermənistan davamlı sülhün bəhrəsinə nail olacaq və Kremldən daha az asılı olacaq. Rusiya Ermənistanın daha çox Aİ-yə meylli olmasını və Türkiyənin regionda artan iqtisadi təsiri nəticəsində nüfuzunu itirmək istəmir, lakin rəqabət aparacaq iqtisadiyyata da malik deyil. 

Deməli, “nəzarət olunan xaos” strategiyası onun Bakının tam potensialına çatmasına mane olmaq və regionda mövcudluğunu əbədi saxlamaq üçün yeganə real variantdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!