“Əlbəttə ki, çətinliklər var, çünki biz Ermənistan tərəfindən dəqiq mövqe görmürük”.
Bakupost.az erməni mediasına istinadla xəbər verir ki, bunu Xankəndində jurnalistlərlə söhbətində separatçıların keçmiş "prezidenti" Arkadi Qukasyan deyib.
“Aydındır ki, Qarabağ bütün dünya ilə təkbaşına mübarizə apara bilməz və biz mübarizəmizdə Ermənistanın, diasporun və dost ölkələrin dəstəyinə ümid edirik”, - Qukasyan bildirib. Dominos pizza
Paşinyanın Soçidə sülhməramlı missiyanın müddətinin uzadılması ilə bağlı sənədi imzalamağa hazır olduğu barədə bəyanatına da münasibət bildirən Qukasyan deyib ki, əvvəllər də başqa fikirlər səslənib və bunu nəzərə alaraq, o, əmindir ki, aydın mövqe ortaya qoyulmalıdır.
Qukasyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin nə edəcəyi ilə bağlı onlarda dəqiq məlumat yoxdur, bu barədə yalnız mülahizələr irəli sürə bilərlər:
“Son vaxtlar sözlərin demək olar ki, heç bir dəyəri yoxdur. Çünki sözlər və düşüncələr dəyişir və biz çox ziddiyyətli ifadələr eşidirik ki, bu da narahatlıq doğurur. Bu gün Qarabağ özünü müdafiə etmək imkanından məhrumdur, bu missiya Ermənistana həvalə olunub. Mən inanmaq istəyirəm ki, Ermənistan bu missiyanı yerinə yetirəcək”.
Qukasyan onu da qeyd edib ki, bu gün Rusiya sülhməramlı qüvvələri Qarabağın təhlükəsizliyini təmin edir, lakin bu, Ermənistanın Qarabağda öz missiyasını yerinə yetirdiyi anlamına gəlmir:
“Bu məsələdə bizim Rusiyanın, ilk növbədə isə Ermənistanın köməyinə ehtiyacımız var. Çünki Rusiya Federasiyası Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsində nə qədər maraqlı olursa-olsun, onun öz maraqları, Türkiyə və Azərbaycanla münasibətləri var. Biz bəzi məsələlərdə qeyd-şərtlər görürük. Paşinyanın isə hələ də hansı mövqedə olması mənə aydın deyil”.
Telegram kanalımız