“Rusiyanın Qarabağla bağlı planı dəyişib” - Danielyan

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın Qarabağla bağlı planı dəyişib” - Danielyan

Siyasət

08 Aprel 2023 20:25 3828


“Rusiyanın Cənubi Qafqazla bağlı planlarında müəyyən dəyişikliklər var. Ona görə də Rusiyadan çox şey gözləməyə ehtiyac yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu erməni politoloq “hraparak”a açıqlamasında deyib.

O, Rusiyanın son dövrlərdə Qarabağ məsələsində sərgilədiyi mövqedə müşahidəsini açıqlayıb. Dominos pizza

“Bunun məqsədini söyləmək çətindir. Mənim üçün Rusiyanın burada planının nə olduğu barədə cavab vermək çətindir. Rusiya Qarabağı Azərbaycana tamamilə vermək istəyir, yoxsa indiki vəziyyətdə qalmasını istəyir. Bəlli deyil. Çünki Rusiyanın bu məsələdə mövqeləri sürətlə dəyişir. Biz bunu sülhməramlıların davranışında və Azərbaycanın addımlarında görürük. Ola bilsin ki, onların Cənubi Qafqazla bağlı planlarında müəyyən dəyişikliklər var. Əmin ola bilərik ki, bu dəyişiklik nəticəsində Azərbaycan həm Ermənistan, həm də Qarabağda addım-addım irəliləyir, strateji mövqelər tutur. Bu yolla Ermənistanı güzəştə getməyə, öz şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur edirlər”, - o qeyd edib. /Olke.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!