Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə labüd qələbə hiss edir.
Yenisabah.az "The Washington Post”a istinadla xəbər verir ki, bu barədə nüfuzlu nəşrin köşə yazarı Li Hoksteyder yazıb.
O, Rusiyanın məğlubiyyəti ilə bağlı Qərbin sevincli fəryadlarına məhəl qoymamağı tövsiyə edib. pizza hut
Müəllifin fikrincə, bu il Rusiya büdcəsinin üçdə biri müdafiəyə xərclənəcək, bu, ABŞ Ukraynaya verdiyi yardımdan təxminən üç dəfə çoxdur.
Jurnalist əlavə edib ki, Kremlin builki hərbi xərcləri, çox güman ki, Rusiya ÜDM-nin 6%-ini təşkil edəcək, bu, əksər NATO ölkələrinin Ukraynaya verəcəyi paydan 2 dəfə çoxdur.
Telegram kanalımız