“Rusiyanın yeni hərbi baza tikməkdə məqsədi Ermənistanı daha ciddi nəzarət altında saxlamaqdır”.
Bunu Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, Ermənistanın Azərbaycanla həmsərhəd ərazisində olan Aygepar kəndində Rusiyanın yeni hərbi baza yaratma planını şərh edib: Marqarita pizza
“Həmin bazanın Azərbaycan üçün ciddi töhlükə yaradacağına inanmıram. Çünki qüvvələr nisbətinə nəzər yetirsək, vəziyyətin Azərbaycanın xeyrinə olduğunu görə bilərik.
Fikrimcə, bu bazanın tikilməsində məqsəd Ermənistanın təhlükəsiziyini təmin etmək və daha ciddi nəzarət altında saxlamaqdır”.
Z. Əlizadə əlavə edib: “Əgər Azərbaycan üçün hansısa təhlükə varsa, Silahlı Qüvvələrin döyüş qabiliyyəti artırılmalı, düzgün istiqamətdə addımlar atılması üçün xüsusi plan hazırlanıb lazımi tədbirlər görülməlidir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız