“Rusiyanın təklif etdiyi sülh müqaviləsində Qarabağın statusu yer alıb, Qərbinki isə...”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın təklif etdiyi sülh müqaviləsində Qarabağın statusu yer alıb, Qərbinki isə...”

Siyasət

12 Oktyabr 2022 20:53 13213


Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Praqada imzalanan Bəyannaməni narahatlıqla qəbul etdi. Rusiya və Avropa İttifaqı arasında Cənubi Qafqaz uğurnda açıq rəqabət gedir. Rusiyadan fərqli olaraq Avropa İttifaqı real sülhün əldə edilməsində maraqlıdır. Həmçinin ABŞ da prosesə dəstək verir.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, Qərbin sülh planında Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilir: Marqarita pizza

"Praqada imzalanan Bəyannamədə bunu rəsmən qəbul etdi. Rusiyanın sülh planında isə, Qarabağın yekun statusu nəzərdə tutulur.

Qeyd edim ki, Astanada Rusiya XİN rəhbəri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək. Bu görüşdə Rusuyanın sülh planı və "Zəngəzur" dəhlizinin açılması məsələsi masada olacaq. Rusiya o halda Zəngəzur dəhlizinin açılmasında maraqlıdır ki, Azərbaycan Moskvanın sülh planında nəzərdə tutulan Qarabağın yekun statusunu qəbul etsin. Azərbaycan buna gedə bilməz".

"Ümumiyyətlə, Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüş sülhə xidmət etmir. Rusiya real siyasət ortaya qoymur. Və Kreml öz imperiya ambissiyaları ilə prosesin həllini nəzərdə tutur. Ona görə də Moskvanın vasitəçiliyini Bakı və Yerevan kifayət qədər zəiflədib.

Qeyd edim ki, Rusuyanın sülh planı da Ermənistanın maraqlarına cavb vermir. Yalnız Kremlin irəli sürdüyü sülh şərtləri Moskvanın geosiyasi ambissiyalarına cavab verir. Ona görə də Astana görüşündə ciddi nəticə gözləməyə dəyməz. Bakı və Yerevan Brüsselin vasitəçiliyi prosesi aparır. Rusiya yalnız prosesi pozmağa çalışacaq", - deyə politoloq şərhini bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!