Rusiyanın Türkiyədəki səfiri: “Sanksiyalardan qorxub geri çəkilməyəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Türkiyədəki səfiri: “Sanksiyalardan qorxub geri çəkilməyəcəyik“

Siyasət

04 Mart 2022 16:00 1417


Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov 1917-ci il inqilabı kimi təcrübəyə malik olduqları üçün sanksiyalardan təsirlənməyəcəklərini bildirib və “Sanksiyaların bizim üçün faydalı olacaq” - deyə iddia edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yerxov bildirib ki, türk iş adamları bu təxribatlara uymamalıdır.

Türk qəzetinə danışan Rusiyanın Türkiyədəki səfiri sanksiyaların Rusiyanı geri addım atmağa vadar edə bilməyəcəyini ifadə edərək, “İkinci Dünya Müharibəsindən sonra daha pis şeylər yaşadıq və bunun da öhdəsindən gələcəyik” deyə bildirib. Marqarita pizza

Səfir sözlərinə belə davam edib:

“Bu, İkinci Dünya Müharibəsindən sonra ölkənin üçdə birinin xarabalığa çevrildiyi, fabriklərdə və tarlalarda işləyən milyonlarla əldən məhrum olduğumuz zamanlardan daha pis deyil. Sanksiyalar əksinə, bizə yararlı olacaq. Türk iş adamlarına səslənirəm, təxribatlara uymayın. Biznesinizi siyasi konyuktura və emosiyaların təsirindən qorumaq üçün səy göstərin, bunlar tezliklə keçib gedəcək, amma sıfırdan bir şey qurmaq çox pul və səy tələb edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!