“Rusiyanın Ukraynadakı əməliyyatlarını pisləyirik“   - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın Ukraynadakı əməliyyatlarını pisləyirik“ - Baş nazir

Siyasət

28 Mart 2022 17:36 521


“Rusiya Kambocanın dostudur, ancaq biz Ukraynadakı xüsusi hərbi əməliyyatları pisləyirik”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kambocanın Baş naziri Xun Sen bildirib.

“Rusiya ölkəmizə dəfələrlə yardım edib. Ancaq Kamboca bu təcavüzü nə qəbul edə bilir, nə də kənarda durur”, - o vurğulayıb. Dominos pizza

Qeyd edək ki, Xun Sen bir müddət əvvəl ölkəsinin diplomatlarına beynəlxalq təşkilatlar və forumlarda birmənalı şəkildə Ukraynanı müdafiə etməyi tapşırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!