Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötdü

Dünya

11 May 2022 10:43 166


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 350 hərbçisi zərərsizləşdirilib. pizza

Bundan başqa, hücum edən tərəfin 1 187 ədəd tankı, 2 856 ədəd zirehli döyüş maşını, 528 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 160 ədəd helikopteri, 94 qanadlı raket, 1 997 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 390 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!