Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına gəlir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına gəlir

Siyasət

14 Sentyabr 2022 11:52 1071


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün Bakı və İrəvana səfərlər edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan Rusiyanın müvafiq yardım tələbini təsdiqləyib”,  - deyə XİN rəsmisi vurğulayıb. pizza mizza

Qeyd edək ki, İqor Xovayev bu yaxınlarda Azərbaycan və Ermənistanda səfərdə olub./Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!