Rusiyaya qarşı yeni sanksiyalar paketi - Rumıniyadan dəstək

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qarşı yeni sanksiyalar paketi - Rumıniyadan dəstək

Dünya

16 May 2022 17:38 691


Rumıniya Rusiyaya qarşı altıncı sanksiyalar paketini tam dəstəkləyir və Macarıstanı bu təşəbbüsü dəstəkləməyə çağırır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib:

"Bir sıra Qərb ölkələri Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Aİ ölkələri ciddi şəkildə Rusiya neftindən və qazından imtina etməyi düşünür. Altıncı sanksiyalar paketi neft embarqosunu nəzərdə tutur, lakin bir sıra ölkələr, xüsusən də Macarıstan onun qəbuluna mane olur. Biz altıncı sanksiyalar paketinin müzakirəsindən yayına bilmərik". Toyuqlu pizza

"Rumıniya indiyə qədər təklif olunan və müzakirə edilən paketləri və qərarları təsdiqləyir. Ümid edirik ki, bu paketin qəbulunu dəstəkləmək üçün bütün üzv dövlətləri birləşdirəcək qərar qəbul ediləcək", - deyə Auresku vurğulayıb.

O, qeyd edib ki, hazırda məsələ ilə bağlı o cümlədən Macarıstanla danışıqlar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!