Ruslan Eyyubovdan son XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Ruslan Eyyubovdan son XƏBƏR

Kriminal

26 Dekabr 2025 11:37 3461


5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti verib.

“Yeni Sabah” xəbər verir  ki, onun şikayətinə bu gün baxılacaq.

Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Ruslan Eyyubovun həbsdən azad edilməsi istənilir. pizza

Ruslan Eyyubovun müdafiəsini tanınmış vəkil Muxtar Mustafayev həyata keçirir. Həmin vəkil bundan əvvəl “Dəmirçi Plaza”nın sahibinin oğlu Qafar Dəmirçinin, eləcə də çoxsaylı məmur və iş adamlarının müdafiəçisi olub.

Qeyd edək ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. 

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!