“Ruslar ailələrini, hətta bütün nəsil-köklərini Qarabağa gətirsələr...”

saytların hazırlanması

Evə çatdırılma

“Ruslar ailələrini, hətta bütün nəsil-köklərini Qarabağa gətirsələr...”

Siyasət

09 Dekabr 2022 17:04 2539


“Əgər sülhməramlı kontingentin zabitləri öz ailələrini gətirsə, biz buna mane ola bilməyəcəyik. Açığını deyim ki, heç maneə mexanizmi də yoxdur ki, soruşaq, siz niyə ailənizi gətirirsiniz? Təbii, deyəcəklər ki, zabitlərin ailəsi də buraya gəlmək istəyir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.

Mütəxəssis “Hraparak” nəşrinin “sülhməramlıların ailələri də Qarabağa gələr bilər” informasiyasına münasibət bildirib. Marqarita pizza

Ekspertin fikrincə, onların ailələrinin Qarabağa gəlməsi çox çətindir:

“Məqsəd isə burada anlaşılandır: sülhməramlıların burada müddətsiz olaraq qalması. Yadınızdadırsa, Ermənistan Baş naziri noyabrda dedi ki, mən sülhməramlıların 10-15-20 il müddətinə Qarabağda qalmasına qol çəkməyə hazıram.

Onlar istəyir, ailələrinin hamısı gətirsin. Əgər Azərbaycan siyasətini düzgün qurub, 2025-ci ilin birinci məhdud müddətinə qədər tələblərini irəli sürüb, kəskin və sərt şəkildə məsələni qoysa, istəyir, bütün babalarını da gətirsinlər, heç zaman bizə mane ola bilməzlər. Bununla da məsələ bitəcək. Hətta qoşunların sayını artırsalar da, dəxli yoxdur”.

İ. İsmayıla görə, əsas məsələ bu saat Azərbaycanın güclü siyasətindən asılıdır:

“Rusiya mane olur, İran da dəstək verir. Perspektivdə isə gərginliyi artıq Ermənistan-Azərbaycan münasibətlərinə yox, Qarabağın içərisinə salmaq istəyirlər. İran öncə silahlarını oraya göndərir, sonra da mütəxəssislərini göndərir ki, o silahlardan necə istifadə etməyi öyrətsinlər. Həmin 14 nəfər də ona görə gəlmişdi.

Biz isə işimizi və siyasətimizi elə qurmalıyıq ki, 2025-ci ilin may ayında – 6 ay qalmış etirazımızı bildirək ki, Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirə bilmədiyi və formal nəzarət etdiyi üçün bölgədən çıxarılsın. Hətta 2025-ci ildən sonra sülhməramlılar qala bilirsə, o şərtlə qala bilər ki, artıq Azərbaycanın nəzarəti orada bərpa olur, Xankədidə bayrağımız qalxır və qaçqınlarımız oraya köçür. Bundan sonra birgəyaşayış prosesindəki müəyyən təhlükəsizlik tədbirlərində sülhməramlıların köməyini almaq olar. Ondan əvvəl isə qanunsuz erməni silahlıları oradan çıxarılmalıdır”.

Analitik əlavə edib ki, qarşımızda 2 il yarım var və bu 2 il yarım ərzində siyasətimizi düzgün qurmalıyıq:

“Əgər biz ermənilər və onların havadarlarının 2 il ərzində süni şəkildə sülh münasibətlərini uzatması, üstəlik, Ermənistan-Azərbaycan münasibətlərini Qarabağ məsələsinə qatmamaqları və bölgəni əlahiddə etmələrinə baxsaq, anlayaraq ki, Rusiya uzun müddət Cənubi Qafqazda qalmaq üçün Qarabağ münaqişəsinin yekun nöqtəsinin qoyulmamasını istəyir”.

“Yenə deyirəm, onlar ailələri, hətta bütün nəsil-kökləri ilə birlikdə gəlsələr belə, biz birincisi, mane ola bilməyəcəyik, ikincisi də, bu, onların hüquqlarıdır. Özü də ki, oradan Fransa prezidentliyinə namizəd olan Valeri Pekress keçəndə belə mane ola bilmədik, ailələri gələndə necə qarşısını alacağıq?!”, – vurğulayıb.

Müsahibimiz yekunda söyləyib ki, bizim, ancaq bir məqsədimiz olmalıdır:

“Kimliyindən, çoxluğundan və azlığından asılı omayaraq, biz işimizi elə görməliyik ki, onlar 2025-c ildə Qarabağdan çıxıb getsinlər. Bunun üçün də sərt şərtlər, tələblər qoyulmalı, Türkiyə ilə koordinasiyalı siyasət aparmalı, ABŞ-ın təzyiqindən istifadə etməli və Avropa Birliyini Fransanın maraqlarından kənarda tutub beynəlxalq hüquq prinispləriylə ondan kömək alınmalıdır. Qoy, İran, Rusiya, Fransa nə qədər səsini qaldırır, qaldırsın, kimi oraya gətirir, gətirsin. Zaman azdır və Azərbaycan 2 il ərzində məsələni həll etmək üçün çox ciddi işlər görməlidir. Əgər dövlət nəzarətimizin orada bərpasının siyasi mexanizmini açıq qoyub, o istiqamətdə hərəkət etməsək, ondan sonra bəlkə də nəvələrini də gətirdilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!