Ruslar ən çox hansı ölkərə gedirlər?

Ruslar ən çox hansı ölkərə gedirlər?

Turizm Veb saytların hazırlanması

10 Aprel 2023 12:04 26753


Ruslar qarşıdan gələn may bayramlarını Belarus, Qazaxıstan, Ermənistan və Gürcüstanda keçirmək istəyirlər. Ölkə daxilində səyahət üçün ən çox üstünlük verilən şəhər isə Sankt-Peterburqdur. 

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Русский стандарт” bankının keçirdiyi sorğuda bildirilib.

Bu bankın “RS TLS” şirkətinin məlumatlarına görə (səyahətlərin təşkili və informasiya xidmətlərinin göstərilməsi ilə məşğul olan şirkət - red.) qonşu dövlətlər arasında sorğuların sayına görə Belarusun paytaxtı Minsk liderdir.

Qeyd olunur ki, ruslar Belarusa, əsasən, alış-veriş, ləzzətli yeməklərin dadına baxmaq, eləcə də görməli yerləri gəzmək üçün gedirlər. 

Reytinq siyahısında ikinci yerdə dağ kurortları ilə turistləri cəlb edən Qazaxıstandır. Üçüncü və dördüncü yerlərdə olan Ermənistan və Gürcüstan isə öz iqlimi və mətbəxi ilə rus turistlərin diqqəti cəlb edib. 

Özbəkistan da üstünlük verilən ilk beş istiqaməti tamamlayır. Ekspertlərin fikrincə, ruslar oraya tarixi yerləri görmək üçün gedirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!