Gürcüstan 2023-cü ildə Rusiya vətəndaşlarının biznes açdığı ölkələr arasında indiyə qədər liderdir: yanvar-dekabr aylarında orada 13 min hüquqi şəxs qeydiyyatdan keçib.
Yenisabah.az xəbər verir ki, ikinci yerdə rusların bir ildə 6100 şirkət yaratdıqları Qazaxıstan, üçüncü yerdə isə Rusiya sahibləri olan 3400 hüquqi şəxsin qeydiyyatdan keçdiyi Ermənistan və Monteneqro yer alır.
2023-cü ildə rusların Ermənistanda açdıqları şirkətlərin sayı 3400-ə çatıb ki, onların da 2000-ə yaxını fərdi sahibkardır. 2022-ci ilin yanvar-dekabr aylarında Rusiya vətəndaşları Ermənistanda 7328 sahibkarlıq subyekti, o cümlədən 4983 fərdi sahibkar açıb. Sezar pizza
Telegram kanalımız